Xəbər xətti

Hava kəskin soyuyacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı,  gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktor.Az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə  2-4 dərəcə aşağı enəcək.

Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.