DünyaGündəmManşetTexnologiyaVideo xəbərXəbər xətti

Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğradı – VİDEO (18+)

Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus “Ан-148” tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

Aktor.Az Rusiya mediasına istinadən xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib.

Bu arada təyyarənin qalıqlarını əks etdirən video yayılıb.İlk qənaətə görə, sərnişinlərin hamısı həlak olub.