DünyaGündəmİdmanManşetSiyasətXəbər xətti

Buffon nazir olacaq?

“Qapıçı Canluici Buffonu idman naziri postunda görmək istəyirəm”. Aktor.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri “Rinascimento” partiyasının təmsilçisi, italiyalı siyasətçi Vitorrio Sqarbi bildirib.

 

Sqarbi bildirib ki, seçkilərdə qazansalar, Buffon idman naziri olacaq.Öz növbəsində Buffon da bu məsələdə marağı olduğunu bildirib.

 

Uzun illər İtaliya yığması və “Yuventus”un şərəfini qoruyan Buffon yaxın zamanlarda karyerasını başa çatdıracağını açıqlayıb.