GündəmManşetSiyasətXəbər xətti

Bu seçkilər beynəlxalq təcrübə baxımından tam əsaslıdır – Azay Quliyev

“Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri hüquqi, beynəlxalq təcrübə və milli maraqların qorunması baxımından tam əsaslıdır”.

Aktor.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev Prezident İlham Əliyevin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib. Millət vəkili əlavə edib: “Əminəm ki, seçkilərin qanunvericiliyə, demokratik norma və prinsiplərə uyğun keçirilməsi üçün  bütün şərait yaradılacaq”.

Qeyd edək ki, sözügedən sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.