Gənclər fonduGündəmManşetSiyasətXəbər xətti

Bu gün Azərbaycanda gənclər günüdür

Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir
1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk Ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib.
Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Qeyd edək ki, bu il Naxçıvan şəhəri “Gənclər paytaxtı” elan edilib.