FotoGündəmManşetSiyasətXəbər xətti

Azay Quliyev seçicilərini qəbul edib – FOTO

Milli Məclisin deputatı Azay Quliyev bu gün YAP Binəqədi rayon təşkilatının binasında seçicilərini qəbul edib.

Aktor.Az xəbər verir ki, deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən məşğulluq, mənzil-kommunal, hüquq, əmlak məsələləri və digər mövzuları əhatə edib.

Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını  və onların həlli üçün müvafiq addımlar atacağını deyib.

Deputat görüşdə vurğulayıb ki, yalnız seçicilərin ona ünvanlanan müraciətlərini aidiyyatı qurumlara göndərməklə kifayətlənmir, eyni zamanda onların icra vəziyyətini də diqqətdə saxlayır.

Quliyev indiyə qədər olduğu kimi bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə səsləndirəcəyini bildirib.