AzMİU əməkdaşları Silahlı Qüvvələrin Yardım Fonduna 24 min manat vəsait köçürdü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza dəstək olub. Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəhbəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanaraq könüllü olaraq Silahlı Qüvvələrin Yardım Fonduna 24 min manat məbləğində pul vəsaiti köçürüb.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir

Universitetimizin professor-müəllim heyətindən tutmuş texniki işçilərinədək hamı bir nəfər kimi Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əmindirlər.

Onu da xatırladaq ki, bundan əvvəl də AzMİU kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürmüşdü.

 

Paylaş: