“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi həyata keçirdiyi layihəni uğurla başa çatdırıb

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay muddətində həyata keçirdiyi  “Postpandemiya dövrünə adaptasiya və gigiyenik qaydalara əməl olunmasının vacibliyi” layihəsini uğurla başa vurub.

Layihə dövründə koronavirus (Covid-19) pandemiyası dövründə əhalinin maarifləndirilməsinə dəstək üçün maarifləndirici bukletlər çap edib, layihə həyata keçirildiyi Postpandemiya dövründə vətəndaşları düzgün şəkildə maarifləndirərək, onlara  gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırıb. Bundan əlavə İctimai Birliyin sədri, eyni zamanda layihə rəhbəri olan Fatma Hacıyeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Postpandemiya dövrünə adaptasiya və gigiyenik qaydalara əməl olunmasının vacibliyi” layihəsini çərçivəsində Ağsuda yaşayan 7 aztəminatlı ailə ərzaq yardım kuponları göndərib. Eyni zamanda təşkilatın öz hesabına da bir çox ailəyə çətin keçən koronavirus (Covid-19) pandemiyası dövründə tibbi ləvazimatlar paylamış, ərzaq yardımları etmişdir.

 

Paylaş: