Sumqayıt üzrə sosial şəbəkələrlə bağlı növbəti onlayn müzakirə keçirilib – FOTOLAR

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin ictimai müzakirələr hissəsinin icrası yekunlaşıb.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin altıncı – sonuncu onlayn ictimai müzakirəsi keçirilib.Diqqətə çatdıraq ki, müzakirə Ermənistan hərbi hissələrinin Azərbaycana hücumu ərəfəsində baş tutub.Növbəti dəfə Sumqayıt şəhərində təşkil olunan ictimai müzakirədə əsasən gənclər, tələbələr və gənclər təşkilatlarının üzvləri iştirak ediblər.

İlk çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov vətəndaş cəmiyyəti üzvlərinin, əsasən də gənc nəsildə internet mediaya marağın artırılmasının və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərinin vacibliyinə toxunub.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirən sədr müavini müzakirə iştirakçılarına qurumun fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşmasında qurumun atdığı addımlardan, təşkilatlara dəstəyindən ətraflı məlumat verib.

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, məsləhətçi, layihələr üzrə əlaqələndirici Ülvi Allahverdi həm təmsil etdiyi qurumun fəaliyyətindən, həm də lahiyənin aktuallığından bəhs edib.

Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyətinin, həmçinin yerli gənclər təşkilatlarının 100 –ə yaxın təmsilçisinin qatıldığı müzakirədə çıxış edən ekspertlər – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu,  Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi Aytən Babayeva, “Misirdəki Azərbaycan Disporası” təşkilatının sədri Ramil Niftaliyev, Musavat.com –un redaktoru Elşad Məmmədli, Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar ittifaqının sədri Nemət İbayev mövzu ilə bağlı fikirlərini bildirir, onlara ünvanlanan sualları cavablandırıblar.Onların qənaətinə görə, sosial şəbəkələr üzərindən Azərbaycana qarşı şər və böhtanlara qarşı davamlı mübarizə aparılmalıdır və bu baxımdan gənclərin sosial şəbəkələrdən daha peşəkar səviyyədə istifadə etməsini vacib sayıblar.

Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Qeyd edək ki, layihənin onlayn müzakirələrinin sonunda xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.

Xatırladaq ki, layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş: