FotoGənclər fonduSiyasət

“Dialoq məkanı:Azərbaycan” layihəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dialoq məkanı:Azərbaycan” layihəsi çərçivəsində növbəti təlim reallaşdırılıb. Aktor.Az xəbər verir ki, tədbir Bakı Neft-Energetika Kollecində baş tutub.

80-dən çox tələbənin qatıldığı təlimi layihə rəhbəri Aygün Gözəlova açaraq qeyd edib ki, müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də islam həmrəyliyinin təbliğində gənclərimizin aktiv rol oynaması, mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyini dünya xalqlarına göstərməkdir. Layihə rəhbəri əlavə edib ki, Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib.

Tədbirdə iştirak edən Bakı Neft-Energetika Kollecinin müəllimləri Hüseyn Hüseynov, Sərvinaz Dəmirova, Əsmər Qəribova, ekspert Həbib İslamzadə mövzu ilə bağlı fikirlərini bidirib, müzakirələrdə aktivlik göstərən tələbələrin suallarını cavablandırıblar.

Təlim sonra diskussiya şəkilində davam edib və tələbələr onları maraqlandıran məqamlarla bağlı suallara cavab alıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə başa çatıb.