DinFotoGənclər fonduSiyasətSosialXəbər xətti

İslam həmrəyliyinə həsr olunmuş növbəti təlim keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dialoq məkanı – Azərbaycan” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Aktor.Az-ın məlumatına görə, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə keçirilən toplantıda çıxış edən layihə rəhbəri Aygün Gözəlova islam həmrəyliyinin mahiyyəti, bu istiqamətdə ölkəmizdə həyata keçirlən işlər və gənclərin rolundan bəhs edib.

Daha sonra çıxış edən ekspertlər Telman Məmmədov, Zaur Məmmədov, Xanım Paşayeva, Coşqun Ələkbərov və digərləri islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin günümüzün ən aktual məsələlərindən olmasını xatırladıblar. Dünyada cərəyan edən son hadisələr, Yaxın Şərqi bürümüş müharibələr, bu gərginlikdən doğan fikir və mənfi yanaşmalar islam həmrəyliyini labüd edir.

Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.