Gəncənin icra başçısı vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib – FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.Bu barədə İcra Hakimiyyətinin müvafiq şöbəsindən Aktor.Az-a verilən məlumatda deyilir.

Qəbulda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.  Pandemiya dövrü ilə əlaqədar olaraq bu dəfə də görüş video-formatda keçirilib.

Qəbula yazılan vətəndaşların səsləndirdikləri müraciətlər əsasən işlə təminat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin sənədləşməsi, torpaq sahəsi ilə təminat, xəstəliklə əlaqədar olaraq müalicə  və digər məsələlərdən ibarət olub.

Müraciətləri dinləyən Niyazi Bayramov səlahiyyətlərinə aid olan məsələləri nəzarətə götürüb, səsləndirilən problemlərin  bir çoxu yerindəcə öz həllini tapıb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınıblar. Vətəndaşlar səmimi qəbula görə Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısına öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhər rəhbəri qeyd edib ki, yaranmış pandemiya şəraitindən irəli gələrək sakinlərin sağlamlığının qorunması məqsədi ilə vətəndaşların qəbulu onlayn qaydada mütamadi olaraq davam etdirləcəkdir.

 

Paylaş: