GündəmManşetSiyasətXəbər xətti

Şəhidin cənazəsi yaşadığı evə gətirilir

Bu gün şəhid olan Azərbaycan hərbi qulluqçusunun cənazəsi yaşadığı evə gətirilir.

Saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində olan evinə gətirilir.

Şəhid bu gün dəfn olunacaq. Şəhid hərbçinin 3 azyaşlı oğlu var.