FotoXəbər xətti

Millət vəkili bir gün ərzində 54 seçicisini qəbul edib – FOTO

Millət vəkili Şahin Seyidzadə Abşeron rayonunun Aşağı Güzdək, Güzdək, Qobu, Hökməli, Perekeşkül qəsəbələrindən olan seçicilərlə qəbul keçirib. 54 seçicinin iştirak etdiyi fərdi qəbullarda qəsəbələrin ümumi problemləri arasında olan yol, infrastruktur, kommunal xidmətlər, rabitə məsələləri, həmçinin torpaq və əmlak, sosial təminat, məşğulluq, hüquq, təhsil məsələləri ətrafında müraciətlər dinlənilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qobu qəsəbə Bələdiyyəsi və İcra nümayəndəliyinin iştirakı ilə keçirilən qəbullarda səsləndirilən məsələlər ətrafında müvafiq qeydlər aparılaraq icraat prosesinə başlanılmışdır.