TəhsilXəbər xətti

Jurnaslitika üzrə qabiliyyət imtahanının nəticələri bu gün açıqlanacaq

Jurnaslitika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrinin bu gün açıqlanacağı gözlənilir.Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanda iştirak edən 900 nəfərdən 648-si məqbul qiyməti alıb: “Yəqin ki, imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası da fəaliyyət göstərəcək. Bu komissiya 1 gün ərzində fəaliyyət göstərəcək”.