KriminalXəbər xətti

Bakıda 17 yaşlı oğlan qonşusunu bıçaqladı

Bakıda yeniyetmə oğlan qonşusunu bıçaqlayıb.Trend-in məlumatına görə, hadisə Lökbatan qəsəbəsi, S. Orucov küçəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü İsmayıl Həsənov münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub, İ.Həsənov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.