FotoMediaXəbər xətti

Layihə təklifinin hazırlanması ilə bağlı gənclər üçün təlim keçirilib – FOTOLAR

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəsə doktoru Azər Allahverənov “Virtual inkişaf” layihə çərçivəsində fəal gənclər üçün “Layihə təklifininhazırlanması” mövzusunda təlim keçirib.

Aktor.Az xəbər verir ki, Sabunçu rayonunda fəaliyyət göstərən Bakı Gənclər Mərkəzinin təşkilatçılığı keçirilən təlimdə gənclərə layihə planlaşdırılması və layihə mərhələləri, problemin qoyuluşu, layihənin əsaslandırılması, layihənin məqsəd və vəzifələri, görüləcək işlər və layihənin icra metodologiyası haqqında geniş məlumat verilib və mövzu ətrafında sualları cavablandırılıb. Təlimdə gəncləri düşündürən aktual mövzulara, cəmiyyətdə mövcud olan bir sıra sosial məsələlərə nəzər salınıb və onların layihə çərçivəsində həlli ilə bağlı praktiki aspektlərinin təhlilləri aparılıb.

Layihə təklifinin hazırlanması bacarığına xüsusi diqqət yetirən gənclər gələcəkdə bu mövzuda dərinləşdirilmiş təlimlərin keçirilməsində maraqlı olduqlarını bildiriblər. Gələcəkdə layihə təkliflərinin hazırlanması və idarə olunmasının ayrı-ayrı aspektlərinə həsr ediləcək silsilə təlimlərin keçirilməsi planlaşdırılır.