FotoXəbər xətti

Azay Quliyev seçicilərlə videogörüş keçirib – FOTO

Bu gün deputatAzay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Videogörüşdə iştirak edən seçicilər pensiya təminatı binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi, əfv, hüquq və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.
Görüşdə səsləndirilən problemlərin bir qismi yerində həll edilib. Digər məsələlər ilə bağlı isə müvafiq qurumlara müraciət göndəriləcəyi bildirilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılıb həll ediləcəyi deyilib. Deputat görüşdə qaldırılan məsələlərin həllini nəzarətdə saxlayacağını bildirib.
Qeyd edək ki, görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə iştirak edib.