ManşetSiyasətXəbər xətti

Sahib Məmmədovun Ermənistanla bağlı alternativ hesabatı BMT-nin veb səhifəsində yayımlanıb

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dvlət Dəstəyi Şurasının üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovun Ermənistanla bağlı alternativ hesabatı BMT-nin veb səhifəsində yayımlanıb.
Bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov öz facebook səhifəsində məlumat verib.
Sahi Məmədov yazıb:
“Dedik və elədik. Maneələri dəf edə bildik.
Ermənistanın “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”üzrə 3-cü dövrü hesabatına hazırladığımız alternativ hesabatı Ermənistanın hesabatına paralel olaraq BMT İnsan Hüquqları üzrə Ali Komissar ofisinin rəsmi veb səhifəsinə yerləşdirdilər.
-Ermənistanın hesabatlarında işğal olunmuş ərazilərdəki qondarma rejimin müstəqil dövlət olması barədə cəfəngiyatını Paşınyanın “nöqtə” məsələsi və oğlunun Şuşada xidmət etməsi ilə təkzib etdik
-Girovlarımıza işgəncə verilməsini əks etdirən faktlar və şəkillər də hesabata daxil edilib.
Tanış olmaq istəyən bu linkdən endirə bilər.”