ManşetSağlıqXəbər xətti

“Uşaqların Gələcəyi Naminə” İB-nin pandemiya layihəsi yekunlaşır

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin texniki dəstəyi ilə “Koronavirus pandemiyası ilə əlaqədar olaraq, aztəminatlı ailələrin ərzaqla təmin edilməsi” layihəsi üzrə fəaliyyətlərini yekunlaşdırmaq üzrədir.

Bu barədə təşkilatdan Aktor.Az-a verilən məlumatda deyilir.

Layihənin məqsədi ölkəmizdə  koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsini diqqətdə saxlamaqdır. Bu məqsədlə aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımı kuponunun paylanılması üçün “Araz” marketlər şəbəkəsi ilə müqavilə bağlanmış, dəyəri 50 manatdan ibarət olan 42 ədəd hədiyyə kuponları alınıb Xəzər rayonu, Binə qəsəbəsi 45 saylı pocta faydalananlara paylanılması üçün təhvil verilmişdir.

Artıq bir neçə gündür ki, yardım kuponlarının ünvanlara çatdırılması poçtun əməkdaşları tərəfindən həyata keçirilir.