FotoSosialXəbər xətti

Zahid Oruc su probleminin həllinə dəstək göstərdi – FOTOLAR

Bərdənin Şirvanlı kəndində Millət vəkili su probleminin həllinə dəstək oldu.”Sherg.az” xəbər verir ki, 30 hektarlıq sahənin su ilə təminatını nəzərdə tutan artezian quyusunun bərpası  üçün iş görülüb.
Müvafiq olaraq İrriqasiya və Su Təsərüffatı ASC və digər inzibati resurslar hesabına Bərdənin Şirvanlı kəndində artezian quyusu yenidən bərpa edilib.
Millət vəkili Zahid Oruc bildirib  ki, su problemi hazırda dövlət rəhbərinin diqqətində olmaqla yanaşı, dövlət komissiyası yaradıb, müşavirə keçirib və müvafiq tapşırıqlar verib:
“Bərdədə 900-dən artıq artezian qurğusu fəaliyyət göstərir ki, bu da çox böyük infrastruktur deməkdir, hazırda pandemiyadan sonra fəal şəkildə təsərüffat problemlərinin həlli dövrü başlayıb. Yaxın günlərdə, oxşar proses Şahvəlilər kəndində də baça çatacaq”.