DiasporDünyaSağlıqXəbər xətti

Qardabanidə koronavirusla bağlı son vəziyyət

“Qardabani bələdiyyəsində koronavirusa yoluxanların ümumi sayı 61-ə çatdı”.InterPress.ge xəbər verir ki, bu haqda jurnalistlərə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili açılama verib.

“Bu günə olan statistikaya görə, Qardaban bələdiyyəsində 61 təsdiqləmiş koronavirusun yeni halı var. Buradan 37-nin mənbəyi Qaracalar kəndidir. Qaracalar kəndində 2400-dək PCR test götürülüb. Bu az deyil. Qeydiyyata alınmış əhalinin hamısı burada yaşamır. Lakin işlər yenədə fəallaşmalıdır. Elə sakinlər var ki bizimlə qəti şəkildə əməkdaşlıq etmirlər. Bu isə prosesləri çətinləşdirir”, – dedi Şota Rexviaşvili.