MediaXəbər xətti

Tanınmış jurnalist 39 yaşında vəfat etdi

Tanınmış jurnalist Nicat Məlikov axşam saatlarında qəfildən dünyasını dəyişib.Aktor.Az xəbər verir ki, o, mağazaya gedərkən ürəyi tutub və küçədə – yıxıldığı yerdə keçinib.
N. Məlikov 1979-cu ildə anadan olub.
Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.
Allah rəhmət eləsin!