Aktor TvFəxriyyə MəmmədovaGündəmManşetSağlıqSosialVideo xəbərXəbər xətti

Qocalıq depressiyası nədir? – Həkimdən açıqlama/VİDEO

Hər birimizin bir gün yaşlanacağı aksiomadır. Maddi dünyada bütün canılar qocalmağa məhkumdur və bu, təbiətin ən amansız qanunudur. Lakin son 20-30 ilə nəzər salsaq görərik ki, yaşlılığın ömrü xeyli qısalıb. Əvvəllər 80-90 yaşında insanlar yaşlı sayılırdısa, indi insanlar 50-60 yaşına çatan kimi yaşlılıq “statusu”nu alır. Üstəlik, bir vaxt vardı ki, 80-90 yaşında olan insanlara bu yaşı vermək çətin olurdu. Çünki olduqca sağlam, gümrah və çevik olurdular.

Yaşlı nəslin problemlərindən biri, bəlkə də ən vacibi psixoloji problemlərdir. Bir çoxumuzun evində nənə-baba, yaşlı ata-anamız var. Qocalıq qorxusu gənclərdə kifayət qədər nadir hallarda, orta yaşlı qadınlarda tez-tez, həmçinin yaşı 50-ni keçmiş kaslb kişilərdə əmələ gələn qorxudur.

Məsələ ilə bağlı tanınmış psixonevroloq Fəxriyyə Məmmədova Aktor.Az-ın suallarını cavablandırır:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542