GündəmManşetSosialTexnologiyaXəbər xətti

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçi sayı açıqlanıb. 
Artıq bir ildən çoxdur ki, ölkədəki istifadəçi sayı 1.7-1.75 milyon ətrafında dəyişir.
Orkhanrza.com-un açıqladığı yeni statistik məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir.

Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir.

Yaş tərkibinə görə istifadəçilərin 660 mini 13-25 yaşlarında, 570 mini 26-35 yaşlarında, 279 mini 36-45 yaşlarında, 126 mini 46-55 yaşlarında, 93 mini isə 55 yaşdan yuxarı olan istifadəçilərdir. Son illərdə davam edən yuxarı yaş qruplarındakı artım hazırda da davam etməkdədir. İstifadəçilərin təxminən yarım milyonu 35 yaşdan yuxarı insanlardır.
İstifadəçilərimiz Facebook-a daha çox mobil cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazzlardan daxil olurlar.
Mobil cihazlar arasında Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir.
Facebookda istifadəçilərin 200 mini münasibət vəziyyətini (relationship status) subay olaraq, 190 mini isə evli olaraq qeyd edib.