İqtisadiyyatSosialXəbər xətti

“Zara” müştəriləri aldadır – İTTİHAM

Bloqer Aysel Əhmədova “Zara” mağazalar şəbəkəsini dələzduzluqda ittiham edib.

Oxu.Az -ın xəbərinə görə, bloqer bildirib ki, “28 Mall” ticarət mərkəzində yerləşən məşhur “Zara” mağazası müştərilərini aldadır.

A. Əhmədova məsələ ilə bağlı görüntü lentə alıb:

“Yeni ildə hədiyyə almaq üçün mağazaya getmişdim. Bütün paltarlar yerdə idi. Xanımlar paltarların üstündən keçirdi. Bir paltarı bəyəndik. Etiketdə paltarın 169 manatdan 79 manata düşdüyü yazılmışdı. Onu götürüb kassaya yaxınlaşdım. Kassada əyləşən xanım satıcı mənimlə olduqca kobud davrandı. Hədiyyə paketini üstümə atdı. Dedi ki, özün paketlə, mənim vaxtım yoxdur.  Hətta qiymətin 129 manat olduğu ortaya çıxdı. Halbuki 79 manat idi. Guya qiymət səhv düşübmüş. Mağazadan çıxanda istədim ki, bütün üstünə 79 manat yazılan paltarları çəkim. Oğlan cəld davranıb bütün paltarları yığışdırıb apardı.

Bir sözlə, “Zara”nın satıcıları müştərilərinə qarşı çox mədəniyyətsiz şəkildə davranır. Onları qiymətlərdə aldadır, kobud davranış nümayiş etdirir”.