GündəmİdmanManşetXəbər xətti

Sabiq nazir Mehriban Əliyevanın komandasına qarşı:Riskli qərar

Bir müddət əvvəl, işdən azad edilən vergilər naziri Fazil Məmmədov rəhbəri olduğu Güləş Federasiyasında gözlənilməz islahatlara başlayıb.A24.Az-a xəbər verir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.

Sözügedən şəxs hazırda vergilər nazirinin 1-ci müavinidir. Sahib Ələkbərov həm də Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atasıdır. Anar Ələkbərov isə fondun sədri, birinci vitse-prezident Mehriban Əliyevanın ən yaxın adamlarından biridir.

Analitiklər hesab edir ki, sabiq nazir F.Məmmədov əzələ nümayiş etdirir.