KriminalXəbər xətti

Goranboy sakini özünü asdı

Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb. Hadisə rayonun Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Alıyev Arif İmanqulu oğlu rayonun Səməd Vurğun küçəsində yaşayan qardaşının evinə qonaq gəlib. O, həmin evin həyətindəki damda özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.