Şabranda 49 yaşlı kişi özünü öldürdü

Şabran rayonunda 49 yaşlı kişi intihar edib.Rayon sakini, 1969-cu il təvəllüdlü Əliyev Rahib Gülbən oğlu evlərində kimyəvi maddə qəbul edib. O, təcili olaraq Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Əliyev xəstəxanada dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

.