Bakıda naməlum kişi meyiti tapılıb – FOTOLAR

Cari il yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyov küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “СЭР” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

 

.