GündəmManşetSiyasətXəbər xətti

Bir neçə deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.

AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan birincisi Elxan Süleymanovdur.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də səhhəti nəzərə alınaraq, o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılan digər iki deputatın da adını dəqiqləşdirilib: bunlar Müslüm Məmmədov və Elşən Musayevdir.