DünyaXəbər xətti

İranda ölənlərin sayı 20 nəfərə çatıb

İranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

Bu barədə IRIB dövlət telekanalı məlumat verib.

Bununla da aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.