Kriminal

Bakıda gözəllik salonu qarət edilib

Bakıda gözəllik salonu qarət edilib.Daxili İşlər Nazirliyindən veilən məlumata görə, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyü və rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.