FotoGənclər fonduManşetXəbər xətti

“Gənc Vətəndaş” təlim keçib: gələcək ailədən başlayır – FOTOLAR

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək Ailədən Başlayır” adlı layihənin icrasını davam etdirir.

Aktor.Az xəbər verir ki, layihə çərcivəsində növbəti tədbir 75 gəncin iştirakı ilə Binəqədi rayon Gənclər evində reallaşıb.

Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Binəqədi rayonunda gənclər üçün yaradılan şəraitdən və “Gənc Vətəndaş” İB-nin həyata keçirdiyi tədbirin əhəmiyyətindən danışaraq iştirakçıları gənclər evinin imkanlarından yararlanmağa dəvət edib.

YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev layihə barədə fikirlərini bildirib.

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin İcraçı direktoru Günel Səfərova təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, “Gələcək ailədən başlayır” layihəsi çərcivəsində Gəncə və Bakı şəhərində yaşayan 150 gənc üçün Ailədaxili zorakılıq, Ailə hüququ, Məişət zorakılığı haqqında məlumatlandırma sessiyasının keçirilməsi, insanların zorakılıqdan qorunması üçün mövcud qanunvericilik və preventiv tədbirlər haqqında kitabcanın çapı, Ailə dəyərlərini təbliğ edən filmin hazırlanması nəzərdə tutulub.

Günel Səfərova bildirib ki, layihənin əsas fəaliyyətləri məişət zorakılığı qurbanı olan gənclərə hüquqi xidmətin göstərilməsi, qadınların məişət zorakılığı ilə bağlı mübarizəyə ciddi cəlb olunmaları, qadınların təlimatlandırılması və qərarverici şəxslərin prosesə cəlb olunması ilə əlaqəlidir.

Günel Səfərova məişət zorakılığı haqqında qanun, qanunun tənzimlədiyi mexanizmlər, mövcud durum haqqında iştirakçılara məlumat verib.

Layihənin eksperti Nuriyyə Abbasova məişət zorakılığından müdafiə mexanizmi olan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsi və məhkəmə praktikasından danışıb.

İştirakçılar ailə dəyərləri ilə barədə fikirlərini bildirib və təlimçilərə suallar veriblər.