SosialŞou-biznesXəbər xətti

Quba “ASAN həyat”da yeni il konserti keçiriləcək

Dekabrın 29-da Mədəniyyət və Turizm Nazirliyi, Quba rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyindən Aktor.Az-a verilən məlumata görə, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə keçiriləcək konsert proqramında əməkdar artist Röya səhnədə bir-birindən möhtəşəm mahnılarını ifa edəcək.

Qeyd edək ki, konsert proqramı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur.