Oqtay Şəfioğlu serebral iflicli uşağı belə müalicə edir – VİDEO

İzləyiciləri və oxucularının qarşısına hər dəfə fərqli, maraqlı müalicə metodları ilə çıxan manual terapevt Oqtay Şəfioğlu növbəti dəfə uğura imza atıb.

Aktor.Az xəbər verir ki, öz müalicə üsulları haqqında məlumat verməyə davam edən həkimin toxunduğu növbəti mövzu hər 10 uşaqdan 6-da olan serebral iflic xəstəliyi haqqındadır.

Videodan da göründüyü kimi, Oqtay Şəfioğlu haqqında danışdığı və serebral iflic olan uşaqla mütəmadi məşğul olmaqla pasientdə bir çox irəliləyiş yaratmağa müvəffəq olub.Özünəməxsus metodları olan manual terapevt bu müalicə ilə hərəkətləri və sinirləri beyinə bağlayır.Bunu xüsusi pilates və digər alətlərlə idman hərəkətləri etdirməklə daha da möhkəmləndirir.Bu zaman xəstənin sinir sistemində aktivləşmə, irəliləyişlər nəzərə çarpır, gecə yuxusu tənzimlənir və vucudu normal formaya düşür.

Qeyd edək ki, Uşaq serebral iflici doğuşdan və ya sonradan beyinin zədələnməsi nəticəsində hərəkət mərkəzinə təsir edən problemlərdir.Müalicəsi çətin və uzun müddət çəkən bu xəstəliyi olan uşaqların bir çoxunda (xəstəliyin dərəcəsindən asılı olaraq) tədricən irəliləyişlər ola bilir.Onlar mütəmadi olaraq nevroloji müalicələrini almaqla yanaşı manual terapiya xidmətindən də istifadə edəndə müsbət nəticələr əldə edilir.

 

Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub.20 il İstanbulda yaşayıb,ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib.

Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda,Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə,28 Mayda yerləşən köhnə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və.s. çalışıb.

Cudo üzrə 3-cü dan qara kəmər sahibi,idman sahəsi üzrə İdman Universitetində dərs demiş,peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur.

Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş,işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır.

Aydın Unversitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqında seminarlar verib ,Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı,Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən,əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və.s. olaraq çalışmışdır.

İstanbulda sonradan “Yeni yaşam”adı altında şəxsi iş yerini qurmuş və uzun illər də orada çalışmışdır.Bakıya döndükdən sonra da bir neçə özəl klinikalarda xidmət göstərib.Hazırda Bakıda yeni yaratdığı “Yeni yaşam”pilates mərkəzinin rəhbəridir.

 

Həkimlə əlaqə:

077 554 14 79

050 318 69 03

 

Sosial şəbəkələrdə ünvan:

https://www.facebook.com/oktay.heshimov.75

 

 

 

 

 

.