KriminalXəbər xətti

Bakıda kütləvi dava: Bıçaqlanan var

Bakıda kütləvi dava olub.Aktor.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.