KriminalXəbər xətti

16 yaşlı qız müəmmalı şəkildə öldü – Ağdaşda

Ağdaş rayonunda müəmmalı şəkildə ölən 16 yaşlı qızın kimliyi məlum olub.

Rayonun Lək kənd sakini, 2001-ci il təvəllüdlü Mehriban Mehman qızı Osmanovanın meyiti yaşadığı evin həyətindəki “turnik”in yanında ölmüş vəziyyətdə aşkarlanıb.

M.Osmanova 10-cu sinif şagirdidir. Yaxınları onun “turnik”dən yıxılaraq öldüyünü bildiriblər.

Onun Rusiyada işləyən atası məsələdən xəbər tutaraq bu gün ölkəyə qayıdıb. M.Osmanovanın məktəbdə əlaçı olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./Report