Röya Nigarı BİABIR ETDİ: “İndi bala ana kamaza yol göstərir?”

“Altın Kelebek”də Əməkdar artist Röya Ayxanın mükafat alması qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, buna səbəb gecədə iştirak edən Nigar Camalın ona zalda salam verməməsi, daha sonra instaqramdan təbrik yazması olub.

Bu barədə Röya şəxsi instaqram hesabında yazaraq Nigar Camalı biabır edib: “Siz kadrı görürsünüz? Mən bunlar kimi olmadığım üçün yəqin ki, üzümdəki ifadədən hər şeyi anlayırsınız. Yox? O zaman deyim, mən bu qızı dünyalar qədər sevirdim. Dünən – ödül gecəsi əsəbi bağırtısını və mənə Allahın salamını verməyəndə şoka düşdüm. “Niyə, ay Anar, bir şey var, yaxud nəsə olub” deyə sual verdim, nəysə…”

O, daha sonra sözlərinə belə davam edib: “Gözəlim, niyə yoxsan? Hardasan? Niyə salamı və təbriki yanımda ola-ola yox, instaqramdan yazırsan? İradə xala kimi sənə də sonradan çatdı? Bir sözlə bilet alım sizə, minin, uçun e, evinizə, qadanalım. İndi burda bala ana kamaza yol göstərir?”

.