KriminalXəbər xətti

Gəncədə 20 yaşlı oğlan küçədə öldürüldü

Gəncədə qətl hadisəsi törədilib.
Aktor.az APA-ya istinadən xəbər verir ki, gecə saat 01.00 radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb. Xəstəxanaya aparılsa da onun artıq öldüyü məlum olub. 1997-ci il təvəllüdlü Cəmşidzadə Vicay Qabil oğlu olduğu müəyyənləşib. Hadisəni törədənin kimliyi məlum deyil, fakt araşdırılır.