AvtoKriminalXəbər xətti

Sumqayıtda ağır qəza: ölənlər var

Fövqaladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur.

FHN-dən Aktor.Az-a verilən məlumata görə,nəticədə minik avtomobilində olan 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.