Fransalı gənclər AzGF-nun qonağı olublar – FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda çalışan gənclərdən ibarət Fransız nümayəndə heyəti Azərbaycanda səfərdə olublar.

Aktor.Az xəbər verir ki, gənclər səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olublar.

Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gəncləri salamlayaraq Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş, Fondun prioritet istiqamətləri qonaqların nəzərinə çatdırmışdır.

Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər.

 

 

 

 

 

.