FotoKriminalMediaXəbər xətti

İTV-nin mikroavtobusu qəzaya düşdü– FOTOLAR

Bu gün İctimai Televiziyanın xidməti mikroavtobuslarından biri Nərimanov rayonu ərazisində qəzaya düşüb.

Lent.az xəbər verir ki, telekanala məxsus “Ford Tranzit” markalı mikroavtobus Fətəli Xan Xoyski küçəsindəki tunelin girişində “Toyota Land Cruiser” markalı, 90 RD 690 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, əraziyə polis əməkdaşları gəlib.

Bildirilir ki, telekanal əməkdaşları Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, tanınmış ictimai xadim Ağacan Abıyevin 80 illik yubiley mərasimində çəkiliş aparmaq üçün gedirmiş.