Gürcü polisi əməliyyat keçirdi:“Lotu Quli”nin adamları saxlanıldı – Rustavi2/VİDEO

Gürcüstanın hüqüq mühafizə orqanları Zestafoni ərazisində “Lotu Quli “ləqəbli aftoritet Nadir Səlifovun adamlarını saxlamaq üçün xüsusi əməliyyat keçiriblər.

Aktor.Az xəbər verir ki, bu barədə jurnalist Ceyhun Məhəmmədəli məlumat verib.Onun sözlərinə görə, əməliyyat uğurla başa çatıb.

Saxlanılanlar arasında iki nəfər Azərbaycan vətəndaşıdır və qeyd olunan “qanuni oğru”nun tapşırığı ilə hərəkət edirlərmiş.

Gürcüstan Daxili işlər nazirliyinin verdiyi məlumata görə, cinayət qurupun üzvləri Gürcüstan azərbaycanlılarından külli miqdarda pul qəsb etməkdə ittiham olunurlar.

 

.