MədəniyyətXəbər xətti

“Min möhtəşəm günəş” yenidən anşlaqla keçib

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı noyabrın 27-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə yenidən teatrsevərlərin qarşısında çıxış edib.

Bu barədə Aktor.Az-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, anşlaqla keçən tamaşa zamanı zalın tam dolması, yenidən bəzi insanların bilet olmadığından salona daxil ola bilməməsinə səbəb olub.Tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluçşu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.