“Qrıja” baş ağrısına səbəb olurmu? – VİDEO

Peşəkar mütəxəssis, manualterapevt Oqtay Şəfioğlunun müalicə metodları ilə tanışlığımız davam edir.Tanınmış manualterapevt bu dəfə Aktor.az-a baş ağrılarından və onun yaranma səbəbləri haqqında söhbət açıb.

Qeyd edib ki,baş ağrılarının 264 səbəbi var.O, 250 faktora manualterapiya sistemi ilə müdaxilə etməyin mümkün olduğunu vurğulayıb.Digər baş ağrıları isə beyin daxili və iç orqanların fəsadlarından yaranan problemlərdir.

Çox vaxt baş ağrılarının yaranmasının ən mühüm səbəbi boyun “qrija”ları və boyunda yaranmış duzlaşma, osteaxondrozlardır .Bu zaman başa gedən damarlarda qan yaxşı işləmir və bu səbəb insanı hətta dözülməz baş ağrılarına qədər gətirib çıxarır.Oqtay Şəfioğlu bu ağrılara manualterapiya, şiatsu (yapon sistemi), akupres və pilates aparatı sisteminin  və.s. köməyi ilə müdaxilə edir, ağrı ocaqları tədricən səngiyir.

 

Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub.20 il İstanbulda yaşayıb,ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib.

Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda,Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə,28 Mayda yerləşən köhnə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və.s. çalışıb.

Cudo üzrə 3-cü dan qara kəmər sahibi,idman sahəsi üzrə İdman Universitetində dərs demiş,peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur.

Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş,işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır.

Aydın Unversitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqında seminarlar verib ,Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı,Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən,əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və.s. olaraq çalışmışdır.

İstanbulda sonradan “Yeni yaşam”adı altında şəxsi iş yerini qurmuş və uzun illər də orada çalışmışdır.Bakıya döndükdən sonra da bir neçə özəl klinikalarda xidmət göstərib.Hazırda Bakıda yeni yaratdığı “Yeni yaşam”pilates mərkəzinin rəhbəridir.

 

Həkimlə əlaqə:

077 554 14 79

050 318 69 03

 

Sosial şəbəkələrdə ünvan:

https://www.facebook.com/oktay.heshimov.75

 

 

 

.