DinFotoGənclər fonduGündəmKÖŞƏManşetMediaSiyasətTəhsilXəbər xətti

AzMİU-da islam həmrəyliyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

24 noyabr 2017-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi Aygün Gözəlovanın “Dialoq məkanı-Azərbaycan” adlı layihəsinin müzakirəsi keçirilib.

Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov gəncləri salamlayaraq onlara layihə haqqında məlumat verib.Əlavə edib ki, təmsil etdiyi universitet daimə gənclərlə bağlı təşəbbüsləri dəstəkləyir, onlara qayğı göstərir.

Layihə ilə bağlı çıxış edən www.Aktor.az saytının təsisçisi Telman Məmmədov öncə Azərbaycan dövlətinin gənclərə qayğısından, ölkə başçısı İlham Əliyevin bu yaş kateqoriyasından olan şəxslərə geniş imkanlar yaradılmasına göstəriş verməsindən danışıb.Natiq Prezident yanında Gənclər Fondunun çevik fəaliyyətini buna nümunə göstərib.Sonra o, islam həmrəyliyinin vacibliyindən, bu yöndə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.Ekspert bildirib ki, müasir dünyada baş verən siyasi proseslər, xüsusən müsəlman ölkələrindəki münaqişələrin, həmçinin bir sıra ölkələrdə islamafobiyanın geniş vüsət alması İslam dünyasında həmrəyliyə nə qədər ehtiyac olduğunu bir daha göstərir. Qonaq əksər hallarda müsəlman ölkələri arasında münasibətlərin, həmrəyliyin istənilən səviyyədə olmamasının, birlik nümayiş etdirilməməsinin və bu amilin düşmən güclərin fəaliyyəti üçün şərait yaratdığını təəssüf hissi ilə vurğulayıb. İslam əleyhdarı olan bu qüvvələr İslama qarşı açıq-aşkar düşmənçilik edir, İslam dünyasını bütövlükdə mühasirəyə alaraq onun kökünü zəiflətmək, imkanlarını məhdudlaşdırmaq üçün ciddi cəhdlər göstərirlər.Ekspert daha sonra qeyd edib ki, islam dünyasının parçalanması dinimiz ilə heç bir bağlılığı olmayan terrorizm kimi neqativ halların yaranmasına, müsəlman ölkələrində daxili münaqişələrin baş verməsinə, onminlərlə insanın öz ölkələrindən didərgin düşməsinə gətirib çıxarıb.O, bu məsələlərdə gənclərimizi diqqətli olmağa çağırıb.

Daha sonar çıxış edənlər AzMİU-nun İctimai fənlər kafedrasının dosenti, Ağsaqqalar Şurasının sədri Bəhram Avılov, həmçinin həmin kafedranın baş müəllimi İzzət Musayeva da layihənin mövzusunun aktuallığından bəhs ediblər.Onlar islam həmrəyliyinin siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən geniş məna daşıdığını xatırladıblar.Əlavə ediblər ki, günümüzdə İslam dünyasının dini müstəvidə həmrəyliyə ehtiyac duyduğu qədər müsəlman xalqlarının, dövlətlərinin maddi və mənəvi cəhətdən də həmrəyliyə ehtiyacı var.

Qeyd edək ki, təlimin gedişatında tələbələrin sualları cavablandırılıb.