Mərkəzi Bank AzMİU-nun tələbə və gənc müəllimlərinə sertifikatlar verib – FOTO

Mərkəzi Bankın “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 17-24 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirdiyi seminarlarında iştirak edən universitetin Tikinti-iqtisad fakültəsinin tələbələrinə və Mərkəzi Bankla fəal əməkdaşlıq edən fakültənin bir qrup gənc müəlliminə sertifikatlar təqdim olunub.

Universitetdən Aktor.Az-a verilən məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru Gülçöhrə Məmmədova universitet və Mərkəzi Bank arasında birgə əməkdaşlığının fakültənin tələbələri üçün olan əhəmiyyətinə toxunub. Təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik vərdişlərin aşılanmasında vacib rol oynadığını bildirib.

Digər çıxış edənlər Mərkəzi Bankın nümayəndələri, Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov və AzMİU THİK-nin sədri Bayram Aslanov universitet rəhbərliyinə öz təşəkkürlərini bildirib, seminarın tələbələr üçün faydalı olduğunu vurğulayıblar.

Daha sonra universitetin rektoru G.Məmmədova və Mərkəzi Bankın əməkdaşları- Nəğd pul departamenti, Nəğd pulun idarəedilməsi şöbəsinin rəisi Anar Dadaşov, Nəğd pul departamenti ekspertiza şöbəsinin rəisi Zaur Yusifov, İqtisadi maarifləndirmə xidmətinin böyük mütəxəssisləri Anar Babazadə və Rövşən Qəniyev “Maliyyə savadlılığı” layihəsi çərçivəsində seminarlarda müvəffəqiyyətlə iştirak edən tələbə və gənc müəllimlərə sertifikatlar təqdim ediblər.

 

 

 

 

.