AvtoKriminalXəbər xətti

Siyəzəndə qəza: ölən var

Siyəzəndə yol qəzası baş verib.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisində “Mercedes” markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.