GündəmManşetSiyasətXəbər xətti

“Mintemirin kölgəsində” türk dilində

Tatarıstanın ilk prezidenti,  dövlət müşaviri Mintimer Şaymiyevin mərhum həyat yoldaşı Səkinə Şaymiyevanın “В тени Минтимера” kitabı türk dilinə tərcümə edilib.

Bu barədə Aktor.Az-a kitabın tərtibçilərindən biri hüquqşünas Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türk dilində nəşr  edilən “Mintimerin Kölgesi”  kitabı tatar xalqının  türk dünyasına bəxş etdiyi ən parlaq simalardan biri olan Mintimer Şaymıyevin mərhum həyat yoldaşı Səkinə Şaymıyeva tərəfindən qələmə alınıb.

Gəncliyinin  ən coşqulu günlərini həyat yoldaşı Mintimer Şaymıyevə və ailəsinə həsr etmiş  Səkinə xanım ənənəvi  müsəlman-türk adətlərinə sadiq qalan bir xanımdır. Onun qələmə aldığı bu həyat hekayəsi ilə  “Hər bir uğurlu kişi hekayəsinin arxasında bir güclü xanım dayanır”formulu öz təsdiqini bir daha  tapmışdır.

S.Vəkilov “Mintimerin Kölgesi”   kitabının ərsəyə gəlməsində Tatarıstanda yaşayan həmyerlimiz hüquqşünas İsmət Orucəliyevə də öz təşşəkürünü bildirərək, bu layihənin kerçəkləşməsi təşşəbüsakarlarından birinin məhz Tatarıstan-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan həmkarı İsmət Orucəliyev olduğunu bildirib.

Qeyd edək ki, “Mintimerin Kölgesi”  kitabının məsləhətçisi və ön sözün müəllifi  akademik Nizami Cəfərov, rus dilindən türk dilinə tərcümə Ülkər Solmaz, redaktor Afət Mammayeva, nəşrə hazırlayan və tərtibaçılar şair Dəyanət Osmanlı və hüquqşünas Səməd Vəkilovdur.